...

Serbiyada Azərbaycan haqqında inşa müsabiqəsi elan olunub

Cəmiyyət Materials 17 Mart 2011 10:44 (UTC +04:00)
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Serbiya məktəbliləri arasında "Gəlin tanış olaq: biz Azərbaycan haqqında nə bilirik?" mövzusunda inşa müsabiqəsi elan edib.
Serbiyada Azərbaycan haqqında inşa müsabiqəsi elan olunub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Y.Ostapenko/

Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Serbiya məktəbliləri arasında "Gəlin tanış olaq: biz Azərbaycan haqqında nə bilirik?" mövzusunda inşa müsabiqəsi elan edib. Bu barədə Trend-ə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

Müsabiqədə Serbiya məktəblərinin yuxarı sinif şagirdləri iştirak edə bilərlər. İnşa serb dilində yazılmalı və iki nüsxədə - əllə yazılmış və çap edilmiş formada təqdim edilməlidir. İnşalar əvvəllər dərc olunmaması şərtilə qəbul edilir. Müsabiqədə iştirak üçün ərizələrin verilməsinin son tarixi 15 apreldir.

Məktəblilərin işlərini Mədəniyyət Mərkəzi və Azərbaycanın Serbiyadakı səfirliyinin nümayəndələrinin daxil olduqları xüsusi münsiflər heyəti yoxlayacaq.

Nisbətən daha çox fərqlənən işlərin müəllifləri mükafatlandırılacaqlar.

Müsabiqə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər planına əsasən keçirilir. Tədbirlər planı yanvarın 21-də prezidentin sərəncamı ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti