...

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətləri genişləndirilir

Cəmiyyət Materials 17 Mart 2011 13:37 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətləri genişləndirilir.
Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətləri genişləndirilir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətləri genişləndirilir.

Trend-in məlumatına görə, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı olan İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək.

Milli Məclisin sabah keçiriləcək iclasında bununla bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara əlavə və dəyişikliklər edilə bilər.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunun 5-ci maddəsinə nəzərdə tutulmuş əlavədə qeyd olunur ki, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər.

Qanunun 20-ci maddəsinə əlavədə nəzərdə tutulur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti baş prokuror həyata keçirir.

Bu əlavə və dəyişikliklər müvafiq olaraq "Prokurorluq haqqında" qanuna da təklif olunub.

Xəbər lenti

Xəbər lenti