...

Qətər Filarmoniyasının orkestri ilk dəfə Azərbaycan musiqisi ifa edəcək

Cəmiyyət Materials 17 Mart 2011 15:16 (UTC +04:00)
Qətər Filarmoniyasının orkestri ilk dəfə olaraq Azərbaycan musiqisi ifa edəcək.
Qətər Filarmoniyasının orkestri ilk dəfə Azərbaycan musiqisi ifa edəcək

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir S.Ağayeva/

Qətər Filarmoniyasının orkestri ilk dəfə olaraq Azərbaycan musiqisi ifa edəcək.

Orkestr Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"nu ifa edəcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib.

Orkestrin konserti Novruz Bayramı ərəfəsində - martın 19-da Azərbaycanın Qətərdəki səfirliyinin köməyi ilə keçiriləcək.

İki ölkənin mədəni sahədə əməkdaşlığı çərçivəsində mayda Qətər hökuməti və bu ölkənin Mədəniyyət, İncəsənət və İrs Nazirliyinin təşəbbüskarı olduğu layihə çərçivəsində Azərbaycan xalçaları sərgisinin keçirilməsi planlaşdırılır.

Azərbaycan rəssamı Hüseyn Əliyevin 100 illiyinin qeyd edilməsi çərçivəsində Qətərdə rəssamın əsərlərinin sərgisi də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti