...

Azərbaycanda bu il 30 şəxs barəsində korrupsiya ilə bağlı cinayət işi məhkəməyə verilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 Mart 2011 14:11 (UTC +04:00)
Azərbaycanda bu il korrupsiya ilə mübarizə tədbirləri nəticəsində 30 şəxs barəsində 16 cinayət işi tamamlanaraq məhkəmələrə verilib.
Azərbaycanda bu il 30 şəxs barəsində korrupsiya ilə bağlı cinayət işi məhkəməyə verilib (ƏLAVƏ OLUNUB)

6-cı abzasdan sonra əlavə olunub (ilk xəbər 13:59-da yayılıb)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu il korrupsiya ilə mübarizə tədbirləri nəticəsində 30 şəxs barəsində 16 cinayət işi tamamlanaraq məhkəmələrə verilib.

Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Parlamentin cümə günü keçirilən iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı çıxışında deyib.

Əliyev bildirib ki, hazırda idarənin icraatında 70 cinayət işinin istintaqı var. O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2005-ci ildən fəaliyyət göstərdiyini və bu müddət ərzində idarə tərəfindən 385 cinayət işi üzrə ibtidai istintaq aparıldığını, 698 şəxs barəsində cinayət işlərinin tamamlanaraq baxılması üçün məhkəmələrə göndərildiyini qeyd edib.

Onun sözlərinə görə, hər il idarə tərəfindən istintaqı aparılmış cinayət işlərinin sayı artır.

Əliyev bildirib ki, İdarədə korrupsiya ilə bağlı açılan "qaynar xətt"ə vətəndaşlardan 747 məlumat daxil olub.

Onun sözlərinə görə, bir neçə məlumat üzrə artıq cinayət işləri başlanıb, istintaq aparılır. Digər məlumatlar üzrə araşdırmalar davam etdirilir.

İdarə rəisi bildirib ki, daxil olan müraciətlər sosial müdafiə, bələdiyyələr, təhsil, hüquq-mühafizə orqanları və özəl sahəni əhatə edir.

O, korrupsiya ilə mübarizədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı vacib sayıb və qeyd edib ki, korrupsiya faktları ilə bağlı vətəndaş cəmiyyətlərindən İdarəyə məlumatlar daxil olur.

Milli Məclisin bugünkü iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara edilən əlavə və dəyişikliklər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti