Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycan, Bakı, 20 mart /Trend/

Novruz irimiqyaslı bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlanmasına həsr olunur. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Yazın ilk günü təqvimdə Günəşin illik dövrü mənasını verir.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.

İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.
Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.

Od ilə bağlı maraqlı adət ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üzərindən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni il ilə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, aşağı əyilir, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının "pik nöqtəsi" köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazıb: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi gəldi. Bahar bayramı bu cür başlandı".
Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.
Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmırdı. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.

Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 24-dək olan günlər rəsmi qeyri-iş günləri hesab edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, bayram günləri həftənin istirahət günləri ilə üst-üstə düşdükdə, həmin istirahət günü bilavasitə bu bayram günündən sonra olan növbəti iş gününə keçirilir. Martın 20-nin istirahət gününə düşməsi ilə əlaqədar olaraq martın 25-i də qeyri-iş günü hesab edilir.

Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda  keçirilib (FOTO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda keçirilib (FOTO)
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti: Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək
Azərbaycan Prezidenti: Ermənistanın rəsmi ideologiyasında gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır
Prezident İlham Əliyev: Ermənistan mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir
Azərbaycan Prezidenti: Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır
Azərbaycan bu il 76.6 milyon dollarlıq pambıq lifi ixrac edib
Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır
Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır
Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Günü ilə bağlı videokonfranslar keçirib
Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir
Prezident İlham Əliyev: Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir
ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir
Azərbaycan Prezidenti: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var
Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib - Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib (FOTO)
ADU-da “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib (FOTO)
Sabunçuda baş verən yanğın nəqliyyatın hərəkətində sıxlıq yaradıb
Sabunçuda açıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib (FOTO)
Səfirlik: Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafı Gürcüstan hökumətinin vacib prioritetidir
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
"Milli Şura" və AXCP-nin qeybətxana şousu: Bu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir (VİDEO)
Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN
Artıq PAŞA Bank müştəriləri olan kiçik və orta sahibkarlar Tender qarantiyasını almaq üçün Onlayn Bankdan müraciət edə bilərlər
DİM GRE: General Test imtahanı keçirəcək
Açıq şəkildə satılan çörək-bulka məmulatları ilə bağlı AQTA-dan açıqlama
AZAL Naxçıvana reyslərin sayını artırır
Sentyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Xızıda dayı bacısı oğlunu bıçaqladı
Carlsberg Azerbaijan və UAFA “toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparmışlar (FOTO)
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir (FOTO)
Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)
Deputat: Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda keçirilib (FOTO)
Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir (FOTO)
Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi
Lənkəranda regional turizm idarəsi açılır
Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib (FOTO)
ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib
YAP Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir (FOTO)
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu (FOTO)
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
İranda 177 nəfər koronavirusdan ölüb
Azər Türk Bank “Mərkəz” filialını yeni konsepsiyada qurur
DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
İnternet üzərindən satış edirsiniz, lakin nağdsız ödəniş qəbul etmək üçün POS terminal, vebsayt və ya mobil əlavəniz yoxdur?
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq - Gürcüstan deputatı
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət (FOTOREPORTAJ)
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?
“WhatsApp”da yeni funksiya işə salınacaq
Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdlərinə dəstək olub (FOTO)
Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)
Mətbuat Şurası müraciət yayıb
Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək - Rəsmi
Altıağacda bıçaqlanma olub (FOTO)
Ali təhsil dövrü staj kimi qəbul edilir - Nazirlik
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı
Politoloq: Cəbhədə düşmənin istənilən təxribatının qarşısını ordumuz layiqincə alır
Sabah 28 dərəcəyədək isti olacaq
EY Azərbaycan şirkəti 2020-2021 illər üçün növbəti “EY İlin İş Adamı™” müsabiqəsinə start verdi
DSMF qadınların pensiya təyinatı barədə qaydaları açıqladı
ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)
"Ali təhsil haqqında" qanun layihəsi hazırlanır (FOTO)
Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir
PAŞA Bank sayt etibarlılığı üzrə mühəndis axtarır
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)
BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır - Pompeo
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Gürcüstanda 193 yeni yoluxma qeydə alınıb
XİN: Düşmənin sərhəddə törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın rəhbərliyi daşıyır
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - RƏSMİ AÇIQLAMA
“Funda” tibb mərkəzində vergi nəzarəti keçirilib, materiallar məhkəməyə göndərilib
Bütün xəbərlər