...

Azərbaycan Mətbuat Şurası bir neçə qəzetin "qara siyahı"ya salınmasını müzakirə edib

Cəmiyyət Materials 18 Mart 2011 15:36 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası bir neçə qəzetin "qara siyahı"ya salınmasını müzakirə edib.
Azərbaycan Mətbuat Şurası bir neçə qəzetin "qara siyahı"ya salınmasını müzakirə edib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurası bir neçə qəzetin "qara siyahı"ya salınmasını müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Mətbuat Şurasının cümə günü yaydığı məlumatda deyilir.

Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclasında "Ədalət carçısı" qəzetindən şikayət doğuran materialları araşdırarkən belə qənaətə gəlinib ki, bu mətbu nəşrin fəaliyyətində "reket jurnalistika"ya xas cəhətlər üstünlük təşkil edir. Buna görə də həmin kütləvi informasiya vasitəsinin adının MŞ-nin "qara siyahı"sına salınması üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunacaq.

Həmçinin iclasda "Cəmiyyət" qəzetində etik prinsiplərə sayğısızlıq və digər məqamlar əsas götürülərək, bu mətbu orqana ciddi xəbərdarlıq edilməli, nəşrin üç aylıq saylarının monitorinqinin aparılmalı olduğu bildirilib.

İclasda Tovuz rayon Təhsil Şöbəsinin "Təhqiqatın gücü" qəzeti ilə əlaqədar müraciətinə baxılarkən məsələnin motivində inzibati orqanların araşdırmalı olduğu məqamların üstünlüyü nəzərə alınıb. Komissiya toplanmış materialların inzibati orqanlara göndərilməsi razılığına gəlib. İclasda həmçinin "Ədalət məşəli" və "Yeni hakimiyyət" qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi də məqbul sayılıb.

Komissiya üzvləri adında "Parlament" sözü olan bir sıra qəzetlərdən son vaxtlar MŞ-yə mütəmadi müraciətlərin ünvanlanması ilə bağlı dövlət orqanlarının adlarından sui-istifadə hallarının qarşısının alınması məqsədilə Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılmağı vacib hesab ediblər.

Xəbər lenti

Xəbər lenti