Gürcüstan, Tbilisi, 21 mart /Trend, müxbir N.Kirsxaliya/
Cari mərhələdə Gürcüstan Yaponiyaya içməli su və maliyyə yardımı edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.
"Gürcüstan tərəfi Yaponiyanın Tbilisidəki diplomatik nümayəndəliyi ilə sıx əlaqə saxlayır. Onlar indiki mərhələdə maliyyə yardımından başqa digər yardımın edilməməsini deyiblər, çünki indi Yaponiya humanitar yardım və xilasedici briqadaların qəbul edilməsi üçün lazımi resurslara malik deyil, həmçinin, içməli su ilə yardım etməyi xahiş ediblər. Gürcüstan Yaponiyaya 45 ton içməli su göndərəcək", - Kalandadze qeyd edib.