...

Azərbaycan və BƏƏ ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Cəmiyyət Materials 30 Mart 2011 14:48 (UTC +04:00)
Azərbaycan və BƏƏ ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və BƏƏ ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın BƏƏ -dəki səfiri Elxan Qəhrəmanov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb. Bu barədə çərşənbə günü Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumatda deyilir.

Görüşdə diplomat nazirin Azərbaycana rəsmi şəkildə dəvət olunduğunu xatırladıb.

Danışıqlar zamanı qeyd edilib ki, BƏƏ daxili işlər nazirinin səfəri ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə, BƏƏ ilə tarixi və mədəni köklərə malik ölkəmiz haqqında daha geniş və dolğun təsəvvürün yaranmasına öz töhfəsini verəcək.

Görüş zamanı həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə BƏƏ Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində Anlaşma Memorandumunun imzalanması ilə bağlı məsələlər müzakirə olunub, sənədin ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də tərəflər arasında təcrübə mübadiləsinin aparılması və ayrı-ayrı sahələr üzrə qarşılıqlı yardımın göstərilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, BƏƏ-nin Azərbaycanda fövqəladə və səlahiyyətli səfirinin təyin olunması ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti