...

Azərbaycan dərsliklərin hazırlanmasında Türkiyənin təcrübəsini öyrənir

Cəmiyyət Materials 30 Mart 2011 18:13 (UTC +04:00)
Azərbaycan dərsliklərin hazırlanmasında Türkiyənin təcrübəsini öyrənir.
Azərbaycan dərsliklərin hazırlanmasında Türkiyənin təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan dərsliklərin hazırlanmasında Türkiyənin təcrübəsini öyrənir.

Azərbaycan Təhsil Nazirliyində çərşənbə günü keçirilən iclasda qurumun Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib ki, Türkiyəyə səfər çərçivəsində nazirliyin nümayəndələri dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi, qiymətləndirmə üçün daxil olmuş kitabların kodlaşdırılması məsələləri üzrə zəngin təcrübə qazanıblar. Bu barədə Trend-ə çərşənbə günü Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Azərbaycan ümumtəhsil məktəblərinin III sinifləri üçün hazırlanmış bir neçə dərslik komplektinin rəy bildirilməsi məqsədilə Türkiyə Təlim-Tərbiyə Şurasına təqdim edildiyini bildirən şöbə müdiri, bu kitablar haqqında müsbət fikirlər söylənildiyini və bir sıra qeydlərin vurğulandığını deyib.

Şahbazlı qeyd edib ki, Təlim-Tərbiyə Şurasının bir qrup nümayəndəsi qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə apreldə Azərbaycana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti