...

31 Mart azərbaycanlıların soyqırımına həsr olunmuş internet resurslarının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2011 15:10 (UTC +04:00)
Cümə axşamı "İRƏLİ" İctimai Birliyinin Gənclik Mərkəzində 31 Mart azərbaycanlıların soyqırımının 83-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
31 Mart azərbaycanlıların soyqırımına həsr olunmuş internet resurslarının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Cümə axşamı "İRƏLİ" İctimai Birliyinin Gənclik Mərkəzində 31 Mart azərbaycanlıların soyqırımının 83-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə İctimai Birliyin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış www.genocide.az saytının və www.31mart.wordpress.com bloqunun yenilənmiş versiyasının təqdimatı keçirilib.

Tədbirdə "İRƏLİ" İB-nin baş katibi Rauf Mərdiyev bildirib ki, yenilənmiş internet resurslarında istifadəçilər soyqırımla bağlı müxtəlif dillərə tərcümə olunmuş sənəd, kitab, video və foto materiallarla tanış olmaq imkanı əldə edəcəklər.

Mərdiyev onu da qeyd edib ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "e-mail hücum" aksiyası da həyata keçiriləcək.

"Aksiya zamanı 10 mindən çox e-mail-ə soyqırımla bağlı müxtəlif dillərdə məlumatların göndərilməsi nəzərdə tutulur. E-mail bazasına beynəlxalq və yerli təşkilatların, KİV-lərin, müxtəlif media resursların ünvanları daxildir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti