...

AFFA prezidenti rəsmi mərc oyunlarının təşkilinə etiraz edənləri qınayıb

Cəmiyyət Materials 2 Aprel 2011 13:41 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti rəsmi mərc oyunlarının təşkilinə etiraz edənləri qınayıb.
AFFA prezidenti rəsmi mərc oyunlarının təşkilinə etiraz edənləri qınayıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti rəsmi mərc oyunlarının təşkilinə etiraz edənləri qınayıb.

"Qara bazar"da mərc oyunları gedirdi, kimlərsə pul qazanırdı, bunun da idmana heç bir xeyri yox idi. Artıq mərc oyunları rəsmi şəkildə aparılır, dövlətə vergi verilir və bu fəaliyyətdən gələn qazanc idmanın inkişafına yönələcək. Bunu istəməyənlərin "qara bazar"da əli var", - Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

Abdullayev hazırda "TopAz" idman kontorlarının fəaliyyətinin normal davam etdiyini bildirib.

"Buna bütün ictimaiyyət dəstək verməlidir ki, bu işi şəffaf həyata keçirək", - Abdullayev deyib.

İdman mərc oyunlarının təşkilinin Azərbaycanda hansısa futbol oyununun alınması ilə nəticələnməsinə münasibət bildirən Abdullayev qeyd edib ki, bu məsələ bütün dünyanın ağrısıdır.

O bildirib ki, bunun qarşısının alınması üçün Azərbaycanda futbol hakimlərinə nəzarət yüksək səviyyədə qurulub, şübhəli məqamlar araşdırılır.

Yanvarın 18-də Azərbaycanda "TopAz" brendi ilə rəsmi bukmeker kontorları işə başlayıb.

Bu vaxta qədər qanunsuz əsaslarla işləyən bütün kontor və məntəqələrin fəaliyyəti dayandırılır.

Xəbər lenti

Xəbər lenti