...

Azərbaycanda ilk dəfə olaraq süni relyefdə qayalara dırmanma üzrə yarış keçiriləcək

Cəmiyyət Materials 4 Aprel 2011 15:13 (UTC +04:00)
Aprelin 9-10-da Azərbaycan Alpinizm Federasiyası "Green Rock" skalodromunda süni relyefdə qayalara dırmanma üzrə federasiyanın açıq Kubokunu keçirəcək. Bu barədə Trend-ə federasiyadan bildirilib.
Azərbaycanda ilk dəfə olaraq süni relyefdə qayalara dırmanma üzrə yarış keçiriləcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Aprelin 9-10-da Azərbaycan Alpinizm Federasiyası "Green Rock" skalodromunda süni relyefdə qayalara dırmanma üzrə federasiyanın açıq Kubokunu keçirəcək. Bu barədə Trend-ə federasiyadan bildirilib.

Yarışlarda iştirak üçün respublika klub və bölmələrindən idmançılar dəvət edilib. Yarışlar üçün hakimlik və yolun hazırlanması xarici mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Azərbaycan Alpinizm Federasiyası 1997-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti