Bakıda tozlu havanın və çirkli yağış yağmasının səbəbləri açıqlanıb

Cəmiyyət Materials 5 Aprel 2011 12:27 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında tozlu havanın və çirkli yağış yağmasının səbəbləri açıqlanıb.
Bakıda tozlu havanın və çirkli yağış yağmasının səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı və Abşeron yarımadasında tozlu havanın və çirkli yağış yağmasının səbəbləri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorogiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Trend-ə bildirib ki, ərəb səhralarında toz burulğanı müşahidə olunur. Bunun nəticəsində toz qatı atmosferin yuxarı təbəqələrinə qalxıb.

"Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda yeni tətbiq olunmuş EUMETSAT peyk sistemi vasitəsi ilə bu hadisə hər 15 dəqiqədən bir yeniləşən peyk görüntüləri ilə izlənilir. Atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının cənub-qərb axını ilə toz hissələrinin Azərbaycana yönəldilməsi müşahidə olunur. Bunun nəticəsində aprelin 4-dən 5-nə keçən gecə çirkli yağışın yağması müşahidə olunub. Nazirliyin mütəxəssislərinin apardığı monitorinq nəticəsində müəyyən olunub ki, Bakının hava atmosferində tozlanma normadan 1,5-2,5 dəfə çoxdur", - Tağıyeva deyib.

Xəbər lenti

Xəbər lenti