...

Azərbaycan kosmosa daha bir süni peyk buraxa bilər

Cəmiyyət Materials 7 Aprel 2011 17:57 (UTC +04:00)
Yaxın illərdə Azərbaycan kosmosa daha bir süni peyk buraxa bilər. Bu barədə cümə günü Trend-ə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin direktor müavini Tofiq Süleymanov məlumat verib.
Azərbaycan kosmosa daha bir süni peyk buraxa bilər

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/

Yaxın illərdə Azərbaycan kosmosa daha bir süni peyk buraxa bilər. Bu barədə cümə günü Trend-ə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) direktor müavini Tofiq Süleymanov məlumat verib.

Onun sözlərinə görə, məsafədən zondlama peyki ilə bağlı proqram hazırlanıb və dövlətə təqdim olunub.

"Bu peyk Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin peykindən fərqli olaraq, yer təkini öyrənmək məqsədi daşıyacaq. MAKA peyk vasitəsilə yer səthinin, atmosferin, ətraf mühitin tədqiqi ilə bağlı müvafiq qurumların sifarişləri yerinə yetiriləcək. Biz bununla bağlı müvafiq proqram hazırlamışıq və dövlətə təqdim etmişik. Proqramın nə vaxt icra olunması barədə qərarı dövlət verəcək", - Süleymanov əlavə edib.

MAKA rəsmisi deyib ki, hazırda qurumun qarşısında duran əsas iş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin peykinin fəzaya buraxılmasıdır, məsafədən zondlama peyki isə perspektiv layihədir.

Azərbaycanın ilk süni peykinin 2012-ci ildə orbitə buraxılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti