...

Bakı Dövlət Universiteti universitetdaxili qrant müsabiqəsi elan edib

Cəmiyyət Materials 8 Aprel 2011 12:52 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) universitetdaxili "50+50" qrant proqramının yeni mərhələsi elan edilib.
Bakı Dövlət Universiteti universitetdaxili qrant müsabiqəsi elan edib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universitetində (BDU) universitetdaxili "50+50" qrant proqramının yeni mərhələsi elan edilib. Trend-in BDU-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rektor Abel Məhərrəmovun 9 iyun 2009-cu il tarixli əmrinə əsasən, universitetin professor-müəllim heyətinin, əməkdaşlarının, doktorant, magistrant və tələbələrinin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə universitetdaxili "50+50" qrant proqramının 1 oktyabr 2011 - 30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsi elan edilib.

Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 1 aprel 2011-ci ildən 15 may 2011-ci il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.

Fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2011-ci il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.

2010-2011-ci illərdə universitetdaxili "50+50" qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.

Universitetdaxili "50+50" qrant proqramı çərçivəsində alınmış nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.

Xəbər lenti

Xəbər lenti