...

Azərbaycan və İraq mədəni əməkdaşlığa dair memorandum imzalayıblar

Cəmiyyət Materials 9 Aprel 2011 14:33 (UTC +04:00)
Sənəd İraq nümayəndə heyətinin aprelin 7-dən Azərbaycan paytaxtında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində şənbə günü iki ölkənin Mədəniyyət nazirlikləri arasında imzalanıb.
Azərbaycan və İraq mədəni əməkdaşlığa dair memorandum imzalayıblar

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və İraq mədəni əməkdaşlığa dair memorandum imzalayıblar.

Sənəd İraq nümayəndə heyətinin aprelin 7-dən Azərbaycan paytaxtında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində şənbə günü iki ölkənin Mədəniyyət nazirlikləri arasında imzalanıb.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti