...

Azərbaycan Prezidenti Administrasiyası Twitter-də təqdim olunub

Cəmiyyət Materials 12 Aprel 2011 10:49 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır.
Azərbaycan Prezidenti Administrasiyası Twitter-də təqdim olunub

Müasir dünyada sosial şəbəkələr böyük populyarlıq qazanıb və təkcə internet istifadəçilərinin ünsiyyət məkanı deyil, həm də əsas informasiya mənbələrindən və onun yayılması mexanizmlərindən biridir. Son illər sosial şəbəkələrdə fiziki şəxslərlə yanaşı, iri transmilli korporasiyalar və dünya ölkələrinin dövlət idarələri də qeydiyyata alınmağa başlayıblar.

Azərbaycan Prezidenti Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır. Trend-in məlumatına görə, aprelin 12-dən etibarən www.twitter.com/AzerbaijanPA ünvanında Administrasiyanın Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Qeyd edək ki, Prezident Administrasiyası Azərbaycanda Twitter-də öz səhifəsini açan ilk dövlət strukturudur. Səhifədə Azərbaycan Prezidentinin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, Administrasiya rəhbərləri və şöbə müdirlərinin bütün bəyanat və şərhləri təqdim olunacaq. Səhifədə Administrasiyadakı qəbullar və görüşlər haqqında məlumat yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında həyata keçirilən layihə və tədbirlər işıqlandırılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Twitter sosial şəbəkəsində ingilis və Azərbaycan dillərində iki rəsmi səhifəsi var (www.twitter.com/azpresident, www.twitter.com/presidentaz). Administrasiyanın bəzi şöbə müdirləri də sosial şəbəkələrin aktiv istifadəçilərinə çevriliblər.

Xəbər lenti

Xəbər lenti