Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cəlilabadda meşəbəyinin guya döyülməsi ilə bağlı araşdırmasını başa çatdırıb.
Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə günü jurnalistlərə bildirib ki, meşəbəyi döyülməyib, o stenokardiya ehtimalı ilə xəstəxanaya götürülüb, lakin onda bu xəstəlik aşkar edilməyib.
"O, əraziyə yeni meşə idarəsinin rəisi təyin olunanda təbii olaraq, istəməyib ki, onun üzərinə kiminsə müəyyən vaxtda qırdığı ağacların məsuliyyəti düşsün. Bütün ərazilərdə qəbul-təhvil prosesi aparılır. Bu meşəbəyliyində aparılan təhvil prosesindən meşəbəyi boyun qaçırıb. Buna baxmayaraq, araşdırma aparılıb, ağacların qırılması faktı aşkarlananda isə o, ərazidən qaçmağa üstünlük verib və bu mifi icad etib. Bu, sadəcə öz canını qurtarmaqla bağlıdır", - nazir əlavə edib.
Ekologiya Nazirliyi Cəlilabadda meşəbəyinin döyülməsi məsələsinə aydınlıq gətirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cəlilabadda meşəbəyinin guya döyülməsi ilə bağlı araşdırmasını başa çatdırıb.