...

Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyur və korrupsiyaya qarşı mübarizə həmin siyasətin istiqamətlərindən biridir -Fuad Ələsgərov

Cəmiyyət Materials 15 Aprel 2011 11:10 (UTC +04:00)
Bu gün Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyur və korrupsiyaya qarşı mübarizə həmin siyasətin əsas istiqamətlərindən biridir.
Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyur və korrupsiyaya qarşı mübarizə həmin siyasətin istiqamətlərindən biridir -Fuad Ələsgərov

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyur və korrupsiyaya qarşı mübarizə həmin siyasətin əsas istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bunu cümə günü korrupsiyaya qarşı mübarizə üzrə forumdakı çıxışı zamanı Prezident Administrasiyasının (PA) Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

"Mahiyyət etibarilə, korrupsiya istənilən cəmiyyətdə antisosial məfhum kimi həyat fəaliyyətinin bütün sahələrinə təzahür edir. Korrupsiya hər bir cəmiyyətdə qanunun aliliyinə təhlükə yaradır və ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur", - Ələsgərov deyib.

PA rəsmisinin sözlərinə görə, korrupsiyanı doğuran səbəblər də müxəlifdir.

"Burada iqtisadi, institusional, sosial-mədəni faktorlar xüsusilə seçilir. Eyni zamanda, ölkənin hansı tarixi inkişaf mərhələsində olması da korrupsiya ilə bağlı problemlərin xarakter və məzmununa öz təsirini göstərir. Britaniya alimlərinin hesablamalarına görə, son dövrdə dünyada ödənilən rüşvətin məbləği 80 milyard dolları keçir, lakin müxtəlif ölkələrdə korrupsiyanın səviyyəsi də fərqlənir. Məsələn, iqtisadi cəhətdən zəif olan ölkələrdə korrupsiyanın səviyyəsi daha aşağı olur", - Ələsgərov bildirib.

Onun sözlərinə görə, bizim 10 il əvvəl üzləşdiyimiz korrupsiya problemləri ilə bugünkü problemlər arasında fərqlər var.

"Bugünkü korrupsiya Azərbaycanın güclü iqtisadi inkişafından doğan amillərlə bağlıdır.
Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə xeyli işlər görülüb. Biznesə başlamaq prosedurları sadələşdirilib, bir sıra sahələrdə "bir pəncərə" prinsipi tətbiq edilib. 2010-cu ildə elektron hökumətin inkişafı üçün xüsusi dövlət proqramı qəbul edilib. Bu proqram korrupsiyaya qarşı mübarizəyə də öz töhfəsini verəcək. Prezident korrupsiyaya qarşı mübarizə sahəsində qarşımıza yeni vəzifələr qoyub. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində bir sıra fərmanlar imzalayıb. Buna misal kimi DİN-in Yol Patrul Xidməti və Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı fərmanları qeyd etmək olar", - Ələsgərov deyib.

PA rəsmisi bildirib ki, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün bir sıra qanunvericilik aktlarının layihələri hazırlanıb.

"Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə xüsusi fərman imzalanıb. Prokurorluq və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara edilən dəyişikliklər ölkədə korrupsiyaya qarşı münabarizənin daha səmərəli təşkili məqsədini daşıyır. Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla, Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanıb. Layihə korrupsiya cinayətləri subyektlərinin dairəsini genişləndirməyi, rüşvətalma və rüşvətvermə, o cümlədən nüfuz alveri cinayətlərinin tərkibinin genişlənməsini nəzərdə tutur", - Ələsgərov əlavə edib.

O qeyd edib ki, qanunsuz tikililərin qeydiyyatı ilə də bağlı problem var.

"Prezident bununla bağlı tapşırıq verib. Problemin həlli ilə bağlı qanun layihəsi üzərində işləyirik", - PA rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti