...

Səhiyyə Nazirliyi terapiya və epidemiologiya ixtisasları üzrə keçirilmiş imtahanların nəticələrini açıqlayıb

Cəmiyyət Materials 15 Aprel 2011 15:05 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahanlarda 109 həkim iştirak edib.
Səhiyyə Nazirliyi terapiya və epidemiologiya ixtisasları üzrə keçirilmiş imtahanların nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Səhiyyə Nazirliyi tərəfindən aprelin 13-də terapiya və epidemiologiya ixtisasları üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahanlarda 109 həkim iştirak edib.

İştirakçılardan 7 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 106 nəfər (97%) uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları travmatologiya, narkologiya və genetika ixtisasları üzrə aprelin 20-də tarixində keçiriləcək.

Nazirlik həkimlərin sınaq imtahanlarının keçirilmə qrafikini də açıqlayıb.

Xəbər lenti

Xəbər lenti