...

Bakıda mərkəzi küçələrin birində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

Cəmiyyət Materials 18 Aprel 2011 12:42 (UTC +04:00)
Bakıda "Sahil" metrostansiyasının girişi qarşısındakı küçədə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.
Bakıda mərkəzi küçələrin birində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Sahil" metrostansiyasının girişi qarşısındakı küçədə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yol tikinti işləri ilə əlaqədar Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətinə, Üzeyir Hacıbəyov küçəsindən Zərifə Əliyeva prospektinin kəsişməsinədək istiqamətlərdə avtomobillərin hərəkəti yol tikinti işləri başa çatanadək tam məhdudlaşdırılıb.

Yol polisi Neftçilər prospekti istiqamətindən Bülbül prospektinə və Bülbül prospekti ilə Zərifə Əliyeva prospekti kəsişməsindən Neftçilər prospekti istiqamətinə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti