...

Litva DİN rəhbəri Bakıda səfərdədir

Cəmiyyət Materials 19 Aprel 2011 10:58 (UTC +04:00)
Litva DİN rəhbəri Bakıda səfərdədir
Litva DİN rəhbəri Bakıda səfərdədir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir S.Ağayeva/

Litvanın daxili işlər naziri Bakıda Azərbaycanla hüquq-mühafizə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir.

Çərşənbə axşamı Litvanın daxili işlər naziri Raymundas Palaytisin Bakıya səfəri başlayıb. Bu barədə Trend-ə bu ölkənin Azərbaycandakı səfirliyindən bildirilib.

Litvalı nazirin səfər proqramına Azərbaycanın güc strukturlarının rəhbərləri ilə görüşlər daxildir.

Səfər aprelin 22-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti