Qırğızıstan Parlamentinin deputatları cümə axşamı yeddi qurbanlıq qoyun kəsərək qanunvericilik orqanının binasından şər qüvvələrin qovulması prosedurunu keçiriblər. Trend-in məlumatına görə, bu barədə deputatlardan birinə istinadən "RİA-Novosti" xəbər yayıb.
Onun sözlərinə görə, xalq ənənələrinə əsasən, qurbankəsmə səhər, parlamentin iclası başlamazdan əvvəl həyata keçirilib. Deputatlar dua oxuyublar.
Heyvanların alınması üçün vəsaitlər deputatlar tərəfindən yığılıb.
"Biz istəyirik ki, ölkə parlamentində sülh və əminamanlıq olsun", - həmsöhbət aksiyanın məqsədini izah edib.