...

Media Ombudsmanının strukturunun müəyyənləşdirilməsi məqsədilə məsləhətləşmələr aparılır

Cəmiyyət Materials 22 Aprel 2011 14:18 (UTC +04:00)
Media Ombudsmanının səlahiyyətlərinin İnsan Hüquqları üzrə Müvəkkilə verilməsindən sonra bu təsisatın strukturunun müəyyənləşdirilməsi məqsədilə məsləhətləşmələr aparılır.
Media Ombudsmanının strukturunun müəyyənləşdirilməsi məqsədilə məsləhətləşmələr aparılır

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Hacıyev/

Media Ombudsmanının səlahiyyətlərinin İnsan Hüquqları üzrə Müvəkkilə verilməsindən sonra bu təsisatın strukturunun müəyyənləşdirilməsi məqsədilə məsləhətləşmələr aparılır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ombudsman Elmira Süleymanova bildirib.

Süleymanova qeyd edib ki, Ombudsman təsisatında müvafiq struktur dəyişiklikləri aparılacaq.

İnsan Hüquqları üzrə Müvəkkil Media Ombudsmanı ilə əlaqədar strukturun fəaliyyətinə mütəxəssisələrlə yanaşı, jurnalistlərin də cəlb edilməsinin tərəfdarı olduğunu bildirib.

Müzakirələrin müsbət nəticə verəcəyinə əmin olan ombudsman əlavə edib ki, əsas məqsəd "İnformasiya əldə etmək haqqında" qanunun effektli şəkildə icra olunması üçün şərait yaratmaqdır.

Parlament ötən ilin dekabrında "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun qəbul edib.

Həmin qanunla media ombudsmanının səlahiyyətləri İnsan Hüquqları üzrə Müvəkkilə verilib.

Qanun Azərbaycanda ombudsmanın informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxma qaydalarını müəyyən edir.

Xəbər lenti

Xəbər lenti