Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/
Sabah Azərbaycan ərazisində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı, duman olacağı gözlənilir.
Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək
Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycan ərazisində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək
Sabah Azərbaycan ərazisində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək
