...

Azərbaycan gimnastları 1 qızıl, 3 bürünc medal qazanıblar

Cəmiyyət Materials 2 May 2011 17:04 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva Portuqaliyanın Portimao şəhərində başa çatan Dünya kubokunun bürünc mükafatçısı olub.
Azərbaycan gimnastları 1 qızıl, 3 bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycan gimnastları 1 qızıl və 3 bürünc medal qazanıblar.

Azərbaycan gimnastı Aliyə Qarayeva Portuqaliyanın Portimao şəhərində başa çatan Dünya kubokunun bürünc mükafatçısı olub.

Yarışların son günü ayrı-ayrı finallar olub. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Qarayeva halqalarla hərəkətlərdə 27.825 bal ilə üçüncü yeri tutub. Onu iki rusiyalı - Yevgeniya Kanayeva və Darya Kondakova qabaqlayıblar. Onlar bütün finallarda birinci olublar.

Digər növlərə gəldikdə, Aliyə gürzlərlə beşinci, topla altıncı, lentlə hərəkətlərdə isə yeddinci yeri tutub.

Çoxnövçülükdə çıxışların yekunları üzrə Azərbaycan yığmasının lideri dördüncü yeri tutaraq yalnız Kondakova, Kanayeva və Dmitriyevadan ibarət üçlüyə məğlub olub.

Digər Azərbaycan gimnastı Anna Qurbanova çoxnövçülükdə 50 iştirakçı arasında 23-cü olub.

Ölkəmizin gənc gimnastları da pis çıxış etmirlər. Belə ki, Moskva vilayətinin Şerbinka şəhərində beynəlxalq turnirdə gimnastlarımız 3 medal qazanıblar.

Baş mükafatı çoxnövcülükdə öz həmyaşıdlarının hamısına qalib gələn 10 yaşlı Zöhrə Ağamirova qazanıb. Ləman Göyüşova (2000-ci il təvəllüdlü) və Zərnigar Əliyeva (2004) bu yarışların bürünc mükafatçıları olub.

Bu həftənin sonunda (mayın 6-9-da) həm fərdi gimnastlar, həm də qrup komandaları üçün Dünya kubokunun növbəti mərhələsi Kiyevdə keçiriləcək. Qəhrəman şəhərdə Anna Qurbanova və Zeynəb Cavadlı, Ceyla Quliyeva, Aelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Yevgeniya Jidkova və Stefani Trayanovadan ibarət qrup kollektivi, eləcə də yeniyetmələr arasında beynəlxalq turnirdə Ləman Hacızadə və Gülsüm Şəfizadə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti