...

"Freedom House"-un yaydığı hesabat qərəzlidir - Vüqar Səfərli

Cəmiyyət Materials 3 May 2011 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Hacıyev/

"Freedom House"-un yaydığı hesabatda Azərbaycanla bağlı qeyd olunan məqamlar qərəzlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

"Fredoom House" təşkilatı həmişə Azərbaycan haqqında neqativ məlumatlar yayır. Mətbuat azadlığı üzrə reytinq cədvəlində Azərbaycanın son sıralarda yerləşdirilməsi qərəzlidir", - Səfərli əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda mətbuat inkişaf edir, dövlət tərəfindən KİV-ə dəstək göstərilir. Səfərli onu da bildirib ki, KİV-in inkişafı üçün 2009-cu ildə büdcədən 1 milyon 300 min, 2010-cu ildə 3 milyon manat ayrılıb. Bu il üçün 2 milyon 400 min manat vəsait nəzərdə tutulub.

Səfərli hesab edir ki, bu cür tədbirlər həm media qurumlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına xidmət göstərir, həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edir.

"Belə tədbirlər azad mətbuatın inkişafına da şərait yaradır", - icraçı direktor əlavə edib.

Xəbər lenti

Xəbər lenti