Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64) aprel ayı ərzində 1292 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlərin 572-si şikayət xarakterlidir.
Qalan müraciətlərin 407-si sorğu xarakterli, 75-i isə aidiyyəti üzrə deyil.
Nazirlikdən bildirilib ki, "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.