Yeni məlumat əlavə edilib (ilk xəbər saat 12:29-da yayılıb)
Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamenti cümə günü plenar iclasında ombudsmanın əməkhaqqının 1800 manatadək artırılmasını təsdiqləyib.
Trend-in məlumatına görə, cümə günü Milli Məclisin iclasında "Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun 16.1-ci maddəsinə dəyişikliklər təsdiqlənib.
Qanunun həmin maddəsinə görə, bundan əvvəl ombudsmanın əməkhaqqının məbləği 1320 manat idi.