...

Azərbaycanda informasiya sahəsində ixracı artırmaq üçün normativ sənədlər hazırlanır

Cəmiyyət Materials 6 May 2011 14:41 (UTC +04:00)
Azərbaycanda informasiya sahəsində məhsul və xidmətlərin ixrac potensialını gücləndirmək üçün normativ sənədlər hazırlanır.
Azərbaycanda informasiya sahəsində ixracı artırmaq üçün normativ sənədlər hazırlanır

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda informasiya sahəsində məhsul və xidmətlərin ixrac potensialını gücləndirmək üçün normativ sənədlər hazırlanır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazir hesab edir ki, bu normativ sənədlər qəbul olunduqdan sonra ölkədə informasiya texnologiyaları üzrə ixrac potensialı güclənəcək.

"Bu gün texnoparklar salınır. Texnopark Sumqayıt şəhərində də var. Amma aparılan işlər əsasən ona yönəlib ki, belə parklarda istehsal olunan məhsullar üçün xüsusi güzəştlər tətbiq olunsun. Yəni, bu məhsullar üçün nəzərdə tutulan vergi, gömrük güzəştləri onların ixracyönümlülük qabiliyyətini artırsın", - Abbasov bildirib.

Nazir onu da əlavə edib ki, MDB məkanında ilk dəfə Azərbaycanda stasionar telefon sisteminin rəqəmsallaşdırılması başa çatıb.

"Bu gün Azərbaycanda telekommunikasiya sistemləri ən müasir vəziyyətə çatdırılıb. Amma bir neçə rayon mərkəzində proses davam edir. Bütün işlər bu ilin axırınadək yekunlaşdırılacaq", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti