...

Məhkəmə tikinti şirkətinin dələduz rəhbərinin şikayətini təmin etmədi

Cəmiyyət Materials 10 May 2011 15:48 (UTC +04:00)
Trend-in məlumatına görə, Bakı Apelyasiya Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.
Məhkəmə tikinti şirkətinin dələduz rəhbərinin şikayətini təmin etmədi

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsi "GEN" MMC-nin dələduzluqda təqsirli bilinən əməkdaşlarının şikayətini təmin etməyib.

Trend-in məlumatına görə, Bakı Apelyasiya Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.

"GEN" MMC-nin rəhbəri Elbrus Əliyev və digər 9 nəfər Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddələri ilə ittiham olunurlar.

Onlar ayrı-ayrı vətəndaşları aldadaraq çoxmərtəbəli yaşayış binalarının inşa ediləcəyi və həmin binalardan onlara mənzillərin satılacağı barədə yalandan vəd veriblər. Bununla da vətəndaşların külli miqdarda pulunu mənimsəyiblər.

Məhkəmənin hökmü ilə Əliyev 12, Əliyar Abbasov 10, Həbib Ağayev 10, Nəbi Məmmədov 11, Asif Ələmov 10, Ramin Əliyev 10, Kamran Məmmədov 9, İlkin Səfərov 8 və Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərin hər birinin əmlakının müsadirəsi ilə bağlı məhkəmə qərar verib.

Zamində olan Ramin Əliyev, Kamran Məmmədov, İlkin Səfərov və Mehparə Cəfərzadə məhkəmə zalında həbs olunublar.

Xəbər lenti

Xəbər lenti