...

Azərbaycan öz tarixi ilə müsəlman və yəhudilərin dinc birgə yaşayışı nümunəsi göstərib - ABŞ Dövlət Departamenti

Cəmiyyət Materials 11 May 2011 12:37 (UTC +04:00)
Mayın 11-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin ansemitizmlə mübarizə və ona nəzarət üzrə xüsusi elçisi Hanna Rozental (Hannah Rosenthal) və ABŞ Dövlət Departamentinin müsəlman icmaları ilə iş üzrə xüsusi elçisi Fərəh Panditin (Farah Pandith) "Nifrətə qarşı 2011 saat" proqramı çərçivəsində Türkiyə və Azərbaycana səfərləri mövzusunda brifinq keçiriləcək.
Azərbaycan öz tarixi ilə müsəlman və yəhudilərin dinc birgə yaşayışı nümunəsi göstərib - ABŞ Dövlət Departamenti

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.Tariverdiyeva/

Mayın 11-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin ansemitizmlə mübarizə və ona nəzarət üzrə xüsusi elçisi Hanna Rozental (Hannah Rosenthal) və ABŞ Dövlət Departamentinin müsəlman icmaları ilə iş üzrə xüsusi elçisi Fərəh Panditin (Farah Pandith) "Nifrətə qarşı 2011 saat" proqramı çərçivəsində Türkiyə və Azərbaycana səfərləri mövzusunda brifinq keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" xəbər yayıb.

Hanna Rozental və Fərəh Pandit antisemitizmə və dözümsüzlük əleyhinə "Nifrətə qarşı 2011 saat" kampaniyasının təşəbbüskarlarıdı olublar. Bu barədə DD-nin rəsmi saytında bildirilir.

"Biz bütün dünyadakı gənclərdən könüllü əsasda öz xalqlarından fərqlənən xalqlara dəstək olmağı xahiş edirik. Biz onlardan xahiş edirik ki, onlar başqa cür görünən, başqa cür dua edən, başqa cür yaşayan adamlarla işləsinlər", - Rozental yazır.

"Nifrətə qarşı 2011 saat" kampaniyası bütün region və onun hüdudlarından kənardakılar üçün platforma olan qlobal kampaniyadır.

Saytda deyildiyi kimi, DD nümayəndələri öz tarixlərində müsəlman və yəhudilərin dinc birgə yaşayışı nümunəsi göstərən ölkələrdən - Türkiyə, Azərbaycan və İspaniyadan olan gənclərlə görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti