...

Ombudsman Aparatı saxlanılan dindarlarla bağlı araşdırma aparıb

Cəmiyyət Materials 11 May 2011 17:54 (UTC +04:00)
Azərbaycanın Ombudsman Aparatının əməkdaşları saxlanılan dindarlarla bağlı araşdırma aparıb. Bu barədə çərşənbə günü Trend-ə Ombudsman Aparatından məlumat veriblər.
Ombudsman Aparatı saxlanılan dindarlarla bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları saxlanılan dindarlarla bağlı araşdırma aparıb. Bu barədə çərşənbə günü Trend-ə Ombudsman Aparatından məlumat veriblər.

Müvəkkilin nümayəndələri Bakı şəhər Baş Polis İdarəsinin inzibati qaydada saxlanılma məntəqəsində inzibati qaydada həbs olunan 9 nəfər və Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanılma təcridxanasında barələrində həbs-qətimkan tədbiri seçilmiş 6 nəfər aksiya iştirakçısı ilə görüşüblər.

Söhbət aparılmış şəxslər saxlandıqları müddətdə zorakılığa, kobud rəftara və təzyiqlərə məruz qalmadıqlarını, saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlarla rəftarından və qidalanmadan narazı olmadıqlarını bildirib, namaz qılmaları üçün lazımi şərait yaradıldığını söyləyiblər.

Eyni zamanda, həmin şəxslərdən ikisi aksiya zamanı onlara güc tətbiq edildiyini, ilkin araşdırma zamanı müvəqqəti saxlanılma təcridxanasında açıq havada qaldıqlarını bildirib. O da məlum olub ki, hər bir saxlanılan şəxslə əlaqədar artıq tibbi-ekspertiza keçirilib.

Aparatın əməkdaşları həmin şəxslərə ombudsmanın səlahiyyətləri və saxlanılan şəxslərin hüquqları ilə bağlı məsləhətlər, müəssisə rəhbərliyinə isə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr veriblər.

Bir qrup şəxs məktəbli qızların hicab geyinmələrinin qadağan olunmasına etiraz olaraq martın 6-da Təhsil Nazirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd göstərib.

Xəbər lenti

Xəbər lenti