...

Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsində qələbəsini Ukraynadakı həmvətənlərimiz də qeyd ediblər

Cəmiyyət Materials 15 May 2011 10:10 (UTC +04:00)
Ukraynada yaşayan azərbaycanlı gənclər Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsində qalib olması munasibətilə bütün gecəni küçələrə axışaraq qeyd ediblər. Bu barədə bazar günü Trend-ə Ukraynada Azərbaycan Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov xəbər verib.
Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsində qələbəsini Ukraynadakı həmvətənlərimiz də qeyd ediblər

Ukraynada yaşayan azərbaycanlı gənclər Azərbaycanın "Avroviziya 2011" mahnı müsabiqəsində qalib olması munasibətilə bütün gecəni küçələrə axışaraq qeyd ediblər. Bu barədə bazar günü Trend-ə Ukraynada Azərbaycan Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov xəbər verib.

Onun sözlərinə görə bayramı qeyd edən azərbaycanlı gənclər əllərində Azərbaycan və Türkiyə bayrağlarını tutaraq bu qələbənin bütün türk dünyasının qələbəsi olduğunu qeyd ediblər.
"Azərbaycan bütün sahələrdə uğur qazandığı kimi çoxdan gözlədiyi və arzuladığı "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu. Bununla da Azərbaycan bütün dünyaya qüdrətli olduğunu nümayiş etdirdi", Tahirov deyib.

Ukraynada Azərbaycan Gənclər Birliyinin (UAGB) təşkilatçılığı ilə "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin dəstəklənməsi üçün kampaniya keçirilmişdir.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti