...

Rusiya Federal Kosmik Agentliyinin nümayəndə heyəti və Rusiya kosmonavtı Azərbaycanda görüşlər keçirəcəklər

Cəmiyyət Materials 16 May 2011 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Tariverdiyeva/

Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr edilən tədbirlər çərçivəsində 17-19 mayda Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Treşev və Rusiya Federal Kosmik Agentliyin nümayəndələrindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. Səfəri Rusiya səfirliyi və Müstəqil Dövlətlər Birliyinin İşləri üzrə Federal Agentliyin nümayəndələri təşkil ediblər. Trend-in məlumatına görə, bu barədə təşkilatın press-relizində deyilir.

Səfər zamanı mayın 17-də Milli Aviasiya Akademiyasında nümayəndə heyətinin ictimaiyyətlə görüşü keçiriləcək. Görüşdə Rusiya səfirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Aerokosmik Agentliyin, gənclər birliklərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcəklər. Bu barədə press-relizdə deyilir.

Çıxışlarda görüş iştirakçıları kosmosun tədqiqi və mənimslənilməsi, Azərbaycan alimlərinin kosmik məkanın öyrənilməsində töhfəsi haqqında danışacaqlar.

Mayın 17-19-da nümayəndə heyəti Azərbaycanın Şamaxı və Qəbələ rayonlarında olacaq. Orada ictimaiyyətlə və təhsil alan gənclərlə görüşlər keçiriləcək, tematik fotosərgilər və kosmos haqqında səndli filmlərin nümayişi olacaq.

Xəbər lenti

Xəbər lenti