...

Türkmənistanda keçirilən beynəlxalq sərgidə Azərbaycanın görməli yerləri nümayiş olunub

Cəmiyyət Materials 16 May 2011 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "İdman və turizm böyük dirçəliş dövründə" adlı beynəlxalq sərgidə Azərbaycanın görməli yerləri nümayiş olunub. Bu barədə Trend-ə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Türkmənistan tərəfinin dəvətinə əsasən sərgiyə qatılan səfirilik tədbirdə fəal iştirak edib.

Sərgidə səfirlik Azərbaycana dair müxtəlif materiallar, o cümlədən Qarabağ və Şuşa daxil olmaqla, Azərbaycanın səfalı və görməli yerlərinə dair broşürlər, jurnallar və CD-lər, habelə Azərbaycan Diplomatik Akademiyası barədə məlumatlar nümayiş etdirib.

Sərginin Azərbaycan səfirliyinə aid bölməsi qonaqlar, o cümlədən Türkmənistanın hökumət üzvləri, Məclisin rəhbərliyi, Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, KİV təmsilçiləri, eləcə də Aşqabad şəhərinin sakinləri və qonaqları tərəfindən maraqla izlənilib.

Xəbər lenti

Xəbər lenti