...

Daşkənddə "Mən Azərbaycan haqqında nə bilirəm?" esse müsabiqəsi keçirilib

Cəmiyyət Materials 21 May 2011 13:23 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 21 may /Trend, müxbir D.Əzizov/

Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində şənbə günü "Mən Azərbaycan haqqında nə bilirəm?" esse (inşa) müsabiqəsi keçirilib.

Müsabiqə Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan səfirliyinin təşəbbüsü və Özbəkistanın Ali və Xüsusi Orta Təhsil Nazirliyinin və "Kamolot" ictimai gənclər hərəkatının dəstəyi ilə keçirilib.

Müsabiqədə Daşkəndin ali təhsil müəssisələrinin, kollec və liseylərinin 100-dən artıq tələbəsi iştirak edib. Müsabiqə iştirakçılarına "Azərbaycan və Özbəkistan: tarixi əlaqələr və perspektivlər", "Azərbaycan Özbəkistanın yazılı mənbələrində", "Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri", "Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti", "Azərbaycan xalqı, dili, adət-ənənələri və din", "Azərbaycan beynəlxalq siyasətdə", "Azərbaycanın iqtisadi inkişafı", "Azərbaycanın neft-qaz strategiyası", "Qarabağ münaqişəsinin reallıqları" adlı mövzular təqdim olunub.

Müsabiqənin münsiflər heyəti 10 ən yaxşı işi secəçəklər. Yazı müəllifləri Azərbaycana istirahət, mədəni və təhsil proqramının daxil olduğu bir həftəlik səfərlə mükafatlandırılacaqlar. Bu barədə Trend-ə Azərbaycan səfirliyindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti