...

Milli Təhlükəsizlik Nazirliyinin akademiyasında Respublika Günü qeyd olunub

Cəmiyyət Materials 26 May 2011 20:54 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 28 may - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə cümə axşamı Trend- MTN-dən məlumat verilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilib.
Milli Təhlükəsizlik Nazirliyinin akademiyasında Respublika Günü qeyd olunub

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 28 may - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə cümə axşamı Trend- MTN-dən məlumat verilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilib.

Mərasimi giriş sözü ilə akademiyanın rəis müavini, polkovnik Zakir Əliyev açıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını milli dövlətçiliyimizin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini bildirib.

Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki rolundan və əhəmiyyətindən danışaraq bildirib ki, tarix Azərbaycana iki dəfə müstəqil olmaq şəraiti yaratsa da, ötən əsrin əvvəllərində ilk imkandan yetərincə istifadə etmək mümkün olmayıb. Mürəkkəb siyasi vəziyyətə, dövlət quruculuğundakı çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atıb, əhəmiyyətli qərarlar qəbul olunub. Azərbaycan dilinə dövlət dili statusu verilib, dövlət atributları, o cümlədən milli bayrağımız və gerbimiz qəbul edilib. Təsadüfi deyil ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi də 1919-cu il mart ayının 28-dən, Şərqdə ilk demokratik dövlətin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik hadisə olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə xalqımızın düşünən beyinləri, zəkaları uzun illər təqib olunub, repressiyalara məruz qalıb.

Yaranmasının 93-cü ildönümünü qeyd etdiyimiz Xalq Cümhuriyyətinin tariximizdəki rolu əvəzsizdir. Çünki illər ötsə də, tarixi yaddaşın silinməsi istiqamətində həyata keçirilən imperiya siyasəti belə azadlıqsevər xalqımızın müstəqillik arzularını söndürə bilməyib. Müstəqilliyi əsrin əvvəlində süquta uğrasa da, həmin yüzilliyin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etməyə nail olub. Azərbaycançılıq ideyaları ilə silahlanmış xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti bu arzuların həyata keçirilməsi üçün zaman-zaman mükəmməl zəmin yaradıb. Fəxrlə demək olar ki, indiki dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi.

Natiq daha sonra qeyd edib ki, hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Ali Baş Komandanın məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz günü-gündən möhkəmlənir, Azərbaycan getdikcə daha da qüdrətlənir.

Çıxış edən kursant və dinləyicilər 28 Mayın hər bir azərbaycanlı üçün milli iftixar günü olduğunu bildiriblər. Qeyd olunub ki, müstəqilliyi qazanmaq asan, əldə saxlamaq isə çox çətindir. Biz çalışmalıyıq ki, Azərbaycanın müstəqilliyi daim möhkəm və etibarlı əllərdə olsun. Bunun üçün bütün azərbaycansevərlər Prezident İlham Əliyevin xalıqımızın milli maraqlarının və mənafelərinin hərtərəfli təmin olunması istiqamətində uğurla yürütdüyü siyasəti dəstəkləməli, hər sahədə ona dayaq olmalıdırlar. Silahlı Qüvvələrin Ali Baş Komandanın səyləri ilə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağı və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağı vurğulanmış, müstəqilliyimizin gələcək təminatçıları olan gənclərin bundan sonra da dövlətimizin başçısı İlham Əliyevin ətrafında daha da sıx birləşəcəkləri qeyd edilib.

Sonda "Müstəqillik yollarında" adlı sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti