...

Aliyə Qarayeva Avropa çempionatının finalına çıxıb

Cəmiyyət Materials 28 May 2011 10:58 (UTC +04:00)
Cümə günü Minskdə bədii gimnastika üzrə 27-ci Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib. Mərasimdən sonra A qrupunun fərdi şəkildə mübarizə aparan güclü gimnastlarının çıxışları olub.
Aliyə Qarayeva Avropa çempionatının finalına çıxıb

Azərbaycan, Bakı, 28 may /Trend/

Cümə günü Minskdə bədii gimnastika üzrə 27-ci Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib. Mərasimdən sonra A qrupunun fərdi şəkildə mübarizə aparan güclü gimnastlarının çıxışları olub.

Rusiya, Azərbaycan, Belarus, Ukrayna, İspaniya, İtaliya, Avstiya və İsraildən olan qızlar "Minsk-Arena"nın xalçası üzərində hakimlərin mühakiməsinə top və halqa ilə çıxışları təqdim ediblər. Yarışların birinci gününün yekunları üzrə Rusiya gimnastı Yevgeniya Kanayeva 58.525 balla liderlik edir, ikinci yerdə Belarus idmançısı Lyubov Çerkaşina (56.775 bal), üçüncü yerdə Azərbaycan gimnastı Aliyə Qarayevadır (55.650 bal). Liderlərdən sonra Belarus gimnastı Melitina Stanyuta (55.375 bal) və İsrail gimnastı Neta Rivkin (55.325 bal) gəlir.

Yarışların birinci günündən sonra Azərbyan ümumi komanda hesabında 106.075 balla hələ ki dördüncü yeri tutaraq Rusiya, Belarus və Ukraynadan geri qalır. Halqa və topla hərəkətlərin iki təsnifatının yekunları üzrə Qarayeva bazar günü keçiriləcək finallara çıxıb.

Mayın 28-də Minskdə bədii gimnastika üzrə yarışlar yeniyetmələrin qrup komandaları və qadınların fərdi hərəkətləri (gürz və lentlə) ilə davam edəcək, habelə qaliblərin ilk mükafatlandırılması olacaq.

Xəbər lenti

Xəbər lenti