...

Azərbaycan Parlamenti yazılı bildiriş göndərilmədən qazı və elektrik enerjisini kəsənlərin cəzalandırılmasına dair qanun qəbul etdi

Cəmiyyət Materials 31 May 2011 12:14 (UTC +04:00)
Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasının inzibati xəta hesab olunnması ilə bağlı qanun qəbul olunub
Azərbaycan Parlamenti yazılı bildiriş göndərilmədən qazı və elektrik enerjisini kəsənlərin cəzalandırılmasına dair qanun qəbul etdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyeva/

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasının inzibati xəta hesab olunnması ilə bağlı qanun qəbul olunub.

Trend-in məlumatına görə, buna dair İnzibati Xətalar Məcəlləsinin müddəasına (116.0.7-ci maddəsi) dəyişikliklə bağlı qanun layihəsi Parlamentdə müzakirə edilib.

Həmin dəyişikliyə görə, qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi, yaxud qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılması inzibati xəta hesab olunur.

Əvvəlki qanunda isə həmin maddənin dispozisiyası yalnız qanunsuz olaraq qaz, elektrik və ya istilik enerjisi xətlərinin kəsilməsinə və ya həmin enerjinin verilməsinin məhdudlaşdırılmasına görə məsuliyyət nəzərdə tutur.

Bu xətalara görə, fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilirlər.

Xəbər lenti

Xəbər lenti