Azərbaycanda meşə materiallarının qanunsuz istifadəsi ilə bağlı reydlər keçirilir

Cəmiyyət Materials 1 İyun 2011 12:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli meşə materiallarının qanunsuz yolla daşınması və satılması hallarının qarşısının alınması məqsədilə reydlər keçirir.
Azərbaycanda meşə materiallarının qanunsuz istifadəsi ilə bağlı reydlər keçirilir

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli meşə materiallarının qanunsuz yolla daşınması və satılması hallarının qarşısının alınması məqsədilə reydlər keçirir.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən ay keçirilən reydlər zamanı Bakı şəhəri Qaradağ rayonu ərazisində "Kamaz" markalı 42-BK-264 dövlət nömrə nişanlı yük maşını saxlanılıb.

Baxış zamanı maşının yük yerində qanunsuz yolla əldə edilmiş 3088,98 manat nırx dəyərində, 15,91 kubmetr həcmində fısdıq cinsli ağaclardan hazırlanmış taxta materialın olduğu müəyyən edilib və müvafiq qaydada sənədləşdirilib.

Faktla bağlı toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Maşında olan qanunsuz yolla əldə edilmiş meşə materialı maddi sübut kimi saxlanılır. Hazırda reydlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti