...

Bu il Azərbaycan üçün çox uğurludur - Elvin Əhmədov

Cəmiyyət Materials 1 İyun 2011 12:46 (UTC +04:00)
2011-ci ildə mini-futbol üzrə Birlik kubokunun sahibi Azərbaycan komandası oldu! 17 dövləti təmsil edən komandalar arasında bu gərgin mübarizədə ikinci yeri Əfqanıstan komandası tutdu, Ukrayna və İsrail komandaları isə öz aralarında üçüncü və dördüncü yerləri bölüşdürdülər.
Bu il Azərbaycan üçün çox uğurludur - Elvin Əhmədov

2011-ci ildə mini-futbol üzrə Birlik kubokunun sahibi Azərbaycan komandası oldu! 17 dövləti təmsil edən komandalar arasında bu gərgin mübarizədə ikinci yeri Əfqanıstan komandası tutdu, Ukrayna və İsrail komandaları isə öz aralarında üçüncü və dördüncü yerləri bölüşdürdülər.

21-23 may tarixlərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun mini-futbol üzrə keçirdiyi Birlik kuboku haqqında daha çox məlumat əldə etmək üçün İnstitutun IV kurs tələbəsi Elvin Əhmədov öz təəssüratları haqqında danışıb.

-Elvin, sizin komanda bu il MDBMİ Birlik Kubokunun qalibi oldu. Fikirləşirəm ki, bir çoxu Sizin komandanızın bu turnirə necə hazırlaşdığını bilmək istəyərdi. Məşqlər tez-tez keçirilirdimi?

-Bildiyiniz kimi, yarışdan bir həftə əvvəl bizim komandamız Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-turnirdə iştirak edirdi. Biz dörddə bir finala qədər irəlilədik, necə deyərlər bizim bəxtimiz bir az gətirmədi. Biz həmin yarışa ciddi hazırlaşırdıq. Bu hazırlıq Birlik Kubokunun oyunlarından qabaq əsas məşq idi.

-Əsasən çox oyunçuların Azərbaycan nümayəndəsi olduğu komandanı yığmaq çətin idi? Bildiyimizə qədər sizin komanda bu cəhətdən yeganə idi. Sizdə bir kapitan kimi oyunçular arasında müsbət atmosferi necə saxlaya bilirdiniz?

-Yığmaya düşmək üçün bizdə hər bir yarışdan əvvəl seçim olur və biz bütün həmyerlilərimizi bu seçimdə iştirak etməyə dəvət edirik. Biz digərlərindən daha yaxşı oynamağı bacaran uşaqları seçdik. Bildiyiniz kimi onlardan çoxu MDBMİ yığma komandasının şərəfini qoruyur. Mən bir kapitan kimi hər oyundan qabaq uşaqlara deyirdim ki, biz digər komandalarla, məsələn İsrail, Rusiya, Ukrayna yığmaları ilə bərabər turnirin favoritləri olmağımıza baxmayaraq rəqiblərə ciddi yanaşmalıyıq. Biz xarakter göstərdik və kuboku qazana bildik.

-Düşünürəm ki, bir çoxu razılaşar ki, məhz Azərbaycan yığmasının ən aktiv və parlaq dəstəyi var idi. Sizin yerlilər arasında çoxlu sayda futbol həvəskarı var? Yoxsa uşaqlar sadəcə öz komandalarını dəstəkləməyə gəlmişlər?

-Demək olar ki, azərbaycanlılar həmişə futbolu sevib. Lakin mümkündür ki, MDBMİ oxuyan bəzi yerlilərimiz bu idman növü ilə maraqlanmır. Lakin, bizim MDBMİ-nun Azərbaycan klubunda birlik var. Məhz buna görə bir çoxu buraya gəldi və öz komandalarını qalibiyyətə qədər dəstəklədilər. Bunu mən Vətənə sevgi adlandırardım.


-İdman Sizin yerlilərinizin həyatında böyük rol oynayır? Azərbaycanda idman, xüsusəndə futbol necə inkişaf edir?

-Təbii ki, idman, digər xalqların həyatında olduğu kimi azərbaycanlıların da həyatında mühüm rol oynayır. Azərbaycanda idman həmişə inkişaf edib. Hal-hazırda isə futbola xüsusi diqqət ayrılır. Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına böyük əhəmiyyət verir. Prezident İlham Əliyevdə bu sahənin inkişafına böyük önəm verir.

-MDBMİ Olimpiya oyunlarında ikinci yer, Universitetin Birlik kuboku... Elvin, yığmanızın bu tədris ilində uğurunun sirri nədədir? Bu qələbələri kimə həsr etmək istərdiniz?

-Bilirsiniz, demək olar ki, bu il Azərbaycan üçün uğurludur. Məsələn, bu günlərdə ölkəmizin təmsilçiləri "Eurovision"da Avroviziyada qalib oldular. Bizim qələbəmizə gəldikdə isə, demək olar ki,biz qalib gəlməyi o biri komandalardan daha çox istəyirdik, bunun üçün biz məqsədimizə çatmaq üçün əlimizdən gələni edirdik. Biz öz istəyimizə Birlik Kubokunu qazanaraq çatdıq. Bu qələbəni başda ölkəmizin prezidenti olmaqla Azərbaycan xalqına həsr etmək istərdik.

-Birlik Kubokunun təşkili ilə bağlı sualı verməyə bilməzdim. Hər şey sizi qane etdimi?

-Fikirləşirəm ki, Birlik kubokunun təşkilatçıları tədbirin yüksək səfiyyədə keçməsi üçün əlindən gələni etdi. Güman edirəm ki, hər şey hamının xoşuna gəldi. Dumaö, orqanizatorı Kubka Sodrujestva sdelali vse vozmojnoe, çtobı meropriətie proşlo na vısokom urovne. Sonda mən universitetin rəhbərliyində, Yerlilər Şurasında, Xarici Tələbələrlə iş üzrə Dekanata, əsasəndə onun dekanı Şişkin Vladimir Nikolayeviçə öz minnətdarlığımı bildirmək istərdim.

Xəbər lenti

Xəbər lenti