...

Azərbaycanın xarici işlər naziri ABŞ-ın KİV nümayəndələri ilə görüşüb

Cəmiyyət Materials 2 İyun 2011 10:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-York şəhərində ABŞ-ın Thompson Reuters, CNN, Associated Press, İnner City Press, Summit Energy kimi aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.
Azərbaycanın xarici işlər naziri ABŞ-ın KİV nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-York şəhərində ABŞ-ın Thompson Reuters, CNN, Associated Press, İnner City Press, Summit Energy kimi aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı XİN-in mətbuat xidmətindən bildirilib.

Görüşdə Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetləri barədə iştirakçılara geniş məlumat verib. Nazir iqtisadi sahədə aparılan siyasətə toxunaraq, Azərbaycanın regionda aparıcı dövlət olması, enerji sahəsində əldə etdiyi uğurlar, regional layihələrdə fəal iştirakı və bir çox beynəlxalq layihələrin müəllifi olduğunu jurnalistlərin diqqətinə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında geniş məlumat verən Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi dörd məlum qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Sonra nazir Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərə toxunaraq, bir çox sahələrdə apardığımız uğurlu əməkdaşlıq barədə media nümayəndələrini məlumatlandırıb.

Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri jurnalistlərin diqqətinə çatdırıb.

Məmmədyarov KİV nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Xəbər lenti

Xəbər lenti