Azərbaycan, Bakı, 3 iyun /Trend/
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş və iş təcrübəsi olan mütəxəssislər üçün müxtəlif ixtisaslar üzrə müsabiqə keçirir. Trend-in məlumatına görə, bu barədə FHN-in rəsmi saytı məlumat yayıb.
Mütəxəssislər çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi, su təsərrüfatı və meliorasiya sistemlərinin tikintisi (meliorasiya), dəniz hidrotexniki qurğuları, nəqliyyat yollarının tikintisi, körpü və nəqliyyat tunellərinin tikintisi, sənaye və mülki tikintilər, elektroenergetika mühəndisliyi ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət edənlərin şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədlər və əmək kitabçasının surətini təqdim etmələri vacibdir.
FHN işçi axtarır
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş və iş təcrübəsi olan mütəxəssislər üçün müxtəlif ixtisaslar üzrə müsabiqə keçirir.