...

İngiltərə və Almaniyanın məhşur futbolçuları Bakıda (VIDEO)(FOTO)

Cəmiyyət Materials 6 İyun 2011 17:43 (UTC +04:00)
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün ölkəmizə təşrif buyurmuş qonaqlar arasında ingiltərəli futbol veteranı Ceff Herst və almaniyalı futbol veteranı Hans Tilkovski də var
İngiltərə və Almaniyanın məhşur futbolçuları Bakıda (VIDEO)(FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün ölkəmizə təşrif buyurmuş qonaqlar arasında ingiltərəli futbol veteranı Ceff Herst və almaniyalı futbol veteranı Hans Tilkovski də var.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki veteran futbolçu bu gün Respublika stadionunun qarşısında Tofiq Bəhramovun abidəsini ziyarət edib, mərhum hakimin ailə üzvləri ilə xatirə şəkli çəkdiriblər.

Daha sonra Ceff Herst və Hans Tilkovski KİV nümayəndələrinin suallarını cavablandırıb.

Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herst olub. Həmin oyunda Almaniya millisinin qapısını isə Hans Tilkovski qoruyub.

Xəbər lenti

Xəbər lenti