...

ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı keçiriləcək

Cəmiyyət Materials 10 İyun 2011 14:39 (UTC +04:00)
İyunun 11-də ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı keçiriləcək, eyni zamanda, "Amerikada Təhsil" universitet yarmarkası təşkil olunacaq. Bu barədə Trend-ə cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı keçiriləcək

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İyunun 11-də ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı keçiriləcək, eyni zamanda, "Amerikada Təhsil" universitet yarmarkası təşkil olunacaq. Bu barədə Trend-ə cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Yarmarka saat 15:00 -17:00 arasında baş tutacaq və ABŞ-da təhsil almaq istəyən hər kəs üçün açıq olacaq.

ABŞ-da təhsil almış amerikalı və azərbaycanlı tələbələr Stanford, Florida dövlət universitetləri, Missuri Universiteti, Con Hopkins Universiteti, Boston Universiteti barədə biliklərini paylaşacaqlar.

ABŞ-Azərbaycan Təhsil Mərkəzi Amerika Şurası, IREX, Bakı Təhsil Məlumat Mərkəzi və ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiyasiyası (AAA) kimi təşkilatları bir mərkəzdə birləşdirən tam yeni bir mərkəzdir. Burada şagirdlər Amerikada təhsil imkanları və Amerika məktəbləri ilə mübadilə programı haqqında lazımi məsləhət və məlumat ala bilərlər.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, bu mərkəz Azərbaycanda tamamilə yeni bir ideyadır.

"ABŞ-Azərbaycan Təhsil Mərkəzi ABŞ-da təhsil ilə maraqlanan hər kəsə birbaşa ABŞ universitetlərinə müraciət etmək, səfirliyimizin mübadilə proqramları ilə tanış olmaq imkanı yaradır", - Brayza deyib.

Xəbər lenti

Xəbər lenti