Azərbaycan, Bakı, 17 iyun /Trend/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud sululuq vəziyyətini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-165, Lənkəran-Astara bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 70-100, Naxçıvan MR çaylarında isə 104 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi ongünlük normanın 72,3 faizini, Qanıx çayının Əyriçay məntəqəsində 178 faizini təşkil edir.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 686 sm (2010-cu il iyunun 17-də səviyyə 844 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 596 sm (2010-cu il iyunun 17-də səviyyə 766 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 578 sm (2010-cu il iyunun 17-də səviyyə 752 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 359 sm (2010-cu il iyunun 17-də səviyyə 438 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 425 sm-dir (2010-cu il iyunun 17-də səviyyə 593 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm).