...

Azərbaycanın ədliyyə və prokurorluq işçiləri Türkiyədə ixtisasartırma kurslarında iştirak ediblər

Cəmiyyət Materials 17 İyun 2011 17:46 (UTC +04:00)
Azərbaycan Məhkəmə-Hüquq Şurasının Türkiyə Ədliyyə Akademiyası ilə əməkdaşlığı nəticəsində hakimlərdən, ədliyyə və prokurorluq işçilərindən ibarət olan təlimçilər üçün Türkiyədə ixtisasartırma kursları təşkil olunub.
Azərbaycanın ədliyyə və prokurorluq işçiləri Türkiyədə ixtisasartırma kurslarında iştirak ediblər

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Məhkəmə-Hüquq Şurasının Türkiyə Ədliyyə Akademiyası ilə əməkdaşlığı nəticəsində hakimlərdən, ədliyyə və prokurorluq işçilərindən ibarət olan təlimçilər üçün Türkiyədə ixtisasartırma kursları təşkil olunub.

Məhkəmə-Hüquq Şurasından Trend-ə bildirilib ki, bir həftə ərzində davam edən təlimlər zamanı tədris proqramlarının hazırlanması və interaktiv tədris üsulları, dinləyicilərlə psixoloji münasibət, təlimçilərin davranışı və s. aktual mövzular üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə məşğələlər təşkil olunub, türkiyəli həmkarlarla faydalı müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmçinin Türkiyə Ədliyyə Akademiyasının fəaliyyəti ilə tanışlıq, səmərəli fikir və təcrübə mübadiləsi keçirilib.

Xəbər lenti

Xəbər lenti