...

Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 23 İyun 2011 12:25 (UTC +04:00)
Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək
Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 23 iyun /Trend /

Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-21 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, eyni zamanda meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti