Azərbaycanın regional hidrometeorologiya müəssisələrində təlim kursları keçirilir

Cəmiyyət Materials 28 İyun 2011 11:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin regional hidrometeorologiya müəssisələrində hidrometeoroloji xidmətin müasir tələblərə uyğun kadr təminatını həyata keçirmək məqsədilə gənc və işə qəbul olunmaq istəyən kadrların hazırlıq səviyyəsini artırmaq üçün xüsusi təlim kursları keçirilir.
Azərbaycanın regional hidrometeorologiya müəssisələrində təlim kursları keçirilir

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin regional hidrometeorologiya müəssisələrində hidrometeoroloji xidmətin müasir tələblərə uyğun kadr təminatını həyata keçirmək məqsədilə gənc və işə qəbul olunmaq istəyən kadrların hazırlıq səviyyəsini artırmaq üçün xüsusi təlim kursları keçirilir. Bu barədə çərşənbə axşamı Trend-ə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, iyun ayından etibarən təlimlərin keçirilməsi üçün yaradılan komissiyanın üzvləri və digər peşəkar mütəxəssislər tərəfindən Milli Hidrometeorologiya Departamentinin 10 regional hidrometeorologiya müəssisəsinin hər birində meteorologiya, aktinometriya, aqrometeorologiya, hidrologiya, dəniz müşahidələri üzrə tərtib olunmuş xüsusi proqramlarla həftəlik təlim kursları keçirilir.

Kursların dinləyiciləri regional idarələrin tabeliyində olan hidrometeoroloji stansiya və məntəqələrin gənc əməkdaşları, eyni zamanda, bu sahədə yeni işə qəbul olmaq istəyənlərdir.

Bir həftəlik təlim hazırlıq kurslarının sonunda komissiya üzvləri tərəfindən dinləyicilərin sərbəst müşahidələr aparmaq, cihaz və avadanlıqlarla sərbəst işləmək, müşahidələrin xüsusi kitabçalara yazılmasını və ötürülməsini təmin etmək kimi bacarıqları 10 ballıq sistemlə qiymətləndirilir və dinləyicilərə xüsusi arayış verilir.

Xəbər lenti

Xəbər lenti